About the channel
|
English Club TV - ingilis dilini öyrənənlər üçün maarifləndirici televiziya kanalıdır. Kanal 2008-ci ilin avqustundan yayımlanmağa başlamışdır. English Club TV telekanalı Astra 4A peykilə və Rusiya, Litva, Latviya, Moldova, Belarus və Ukraynanın efir-kabel şəbəkəsi vasitəsilə yayımlanır. Kanalın məzmununu kanal tərəfindən hazırlanış verilişlər ve əlavə olaraq alınmış proqramlar təşkil edir. Alınmış sənədli, bədii, cizgi filmləri və musiqi klipləri ingilis dilinin öyrənilməsi üçün xüsusi olaraq uyğunlaşdırılmışdır. Bütün verilişlərin aparıcıları dilin daşıyıcılarıdır. Telekanalın verilişləri elə bir şəkildə hazırlanıb ki, materiallar daha effektiv mənimsənilsin. Telekanalın verilişləri tamaşaçılarımızın dil mühitinə maksimum daxil olmasına və dil maneəsini aşmağa imkan verir. Bunun üçün kommunikativ metodikadan istifadə olunur. Yayım şəbəkəsi tamaşaçıların yaş qrupu və bilik səviyyəsinə uyğun olaraq bir neçə bloka bölünür. English Club TV kanalı bir çox ölkələrdə məhşurdur. Kanal MDB və Baltik ölkələrinin 200-dən artıq efir-kabel operatorlarında yayımlanır. |
|












